Nazir: "Könüllülərin fəaliyyəti beynəlxalq tədbirlərlə bitməməlidir"

9 Dekabr 2016 16:46 (UTC+04:00)

Movqe.az  xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Tələbə-Könüllülərin II forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, irsimizin, abidələrimizin öyrənilməsi, qorunması, aşkarlanması, ekologiyamızın qorunması, zərərli vərdişlərdən əl çəkmə, sağlam həyat tərzinin aşılanması və s. istiqamətlər üzrə könüllülərin öz təşəbbüsləri və layihələri ola bilər:

"Azərbaycan gənclərinin könüllülük hərəkatında fəal iştirak etməsi sevindirici haldır. Azərbaycanda keçirilən müxtəlif yarışlarda, xüsusilə I Avropa Oyunlarında tələbə-könüllülər fəal iştirak etdilər. Bu gün də bir çox tədbirlərin təşkilində könüllülər xüsusi rol oynayır".

Nazir qeyd edib ki, bilik, bacarıq və savad hər bir gəncin, cəmiyyətin, dövlətin ən böyük nemətidir:

"Könüllülük hərəkatı nə qədər çox inkişaf etsə, biz müxtəlif problemlərin, çağırışların həlli üçüb gənclik enerjsindən bir o qədər istifadə etmiş olarıq".