Sumqayıtda 2 otaqlı mənzildə yanğın olub

10 Dekabr 2016 15:19 (UTC+04:00)

Sumqayıtda 2 otaqlı mənzildə yanğın baş verib.

Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 65 m2 olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, döşəmə 0,5 m2 sahədə və 2 ədəd dolab qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.