Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib

10 Dekabr 2016 11:23 (UTC+04:00)

 Bu gün səhər saatlarında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər. Movqe.az-ın məlumatına görə, F. Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına da gül dəstələri düzüblər.  
 
F. Heydərov jurnalistlərə açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, müasir Azərbaycan dövlətinin əsası Heydər Əliyev tərəfindən qoyulub: “Heydər Əliyev XX əsrin ən işıqlı insanlardan biri idi. Onun yaratdığı şah əsər – Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev nümunəvi bir dövlət yaradıb. Nə qədər Azərbaycan dövləti yaşayır, Heydər Əliyev də yaşayacaqdır. Heydər Əliyev özü bu gün bizim aramızda olmasa da, Heydər Əliyevin yolu, onun ideyaları yaşayır. Onun layiqli siyasi kursunun davamçısı, bizim Prezidentimiz Heydər Əliyevin qurduğu, yaratdığı dövlətimizi inkişaf etdirir. Heydər Əliyev sülhə, əminamanlığa zəmin yaradan bir yol qoyub. Buna görə bütün dünyada sülhü dəstəkləyən insanlar, biz Heydər Əliyevə minnətdar olmalıyıq.Bu gün başqa dövlətlər bizdən nümunə götürürlər.    

 

Zülfiyyə Quluyeva