Gəncədə ağır qəza: 3 maşın toqquşdu (FOTO)

12 Dekabr 2016 09:30 (UTC+04:00)

Hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. 

Movqe.az "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, zəncirvari qəzada 3 avtomobil, Kia, Pajero və Mersedes bir-birinə dəyib. Hadisə zamanı Mersedesin sürücüsü yüngül xəsarət alıb.

Qəzaya səbəb yolun hərəkət hissəsinə tökülən qum topasının olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.