Nizami rayonunda 5 mərtəbəli binada yanğın olub

12 Dekabr 2016 09:45 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın qeydə alınıb.

Movqe.az-a Fövqəladə Hallar Nazirliindən verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik şitində 6 ədəd elektririk sayğacı yanıb.

Digər elektrik sayğaclar və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 19:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.