Depardye Parisdə məhkəmə qarşısına çıxacaq

23 Yanvar 2013 10:43 (UTC+04:00)

İçkili vəziyyətdə skuterdən istifadəyə görə, artıq 2 dəfə məhkəmə çağırışına məhəl qoymayan fransız aktyor Jerar Depardye növbəti dəfə məhkəməyə çağırılıb.

Aktyor aprelin 5-i Femida xidmətçiləri qarşısına çıxmalıdır.
Qalmaqallı aktyorun işi ilə islahedici Paris məhkəməsi məşğul olacaq. İşin bu instansiyaya ötürülməsi yanvarın 8-i Depardyenin Parisdəki Məhkəmə dinləmələrinə gəlməməsi nəticəsində baş verib.