MN: Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA məhv edilib (FOTO)

12 Dekabr 2016 13:48 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA məhv edilib.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, dekabrın 12-si cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.