Aqrar Universitetin tələbə yataqxanasında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib

12 Dekabr 2016 14:09 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə yataqxanasında Azərbaycan Respublikası Fövqalədə Hallar  Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşlarının iştirakı ilə tələbələr arasında  yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirilib.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə  tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov açıb. Universitetdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən  işlər, bu sahədə tələbələr arasında maarifləndirmənin gücləndirilməsinin zəruriliyi barədə danışıb.  Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin əməkdaşı Nizami Fərəcov, Gəncə Dövlət Yanğın Nəzarəti şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nofəl Əhmədov və böyük inspektoru, daxili xidmət mayoru Ülfət Abbasov yanğın təhlükəsizliyi qaydaları barədə məruzə edib, tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbirdə tələbələrə yanğın təhlükəsizliyinə dair filmlər də nümayiş etdirilib.

 

ƏLİHÜSEYN ŞÜKÜROV