PKK-çı qadınların qatili bəlli oldu

23 Yanvar 2013 10:50 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə 3 PKK-çı qadını öldürən şəxsin terror təşkilatının üzvü olduğu müəyyənləşib.  Fransa Prokurorluğundan verilən açıqlamada qatilin 2 il əvvəl PKK-ya qoşulan Ömər Güney olduğu bildirilib.

Prokuror Fransua Molins Səkinə Cansız, Leyla Söyləməz və Fidan Doğanın öldürülməsində əsas şübhəlinin 1982-ci il təvəllüdlü Ömər Güney olduğunu deyib.