Şəbnəmin uşağının cinsiyyəti bəlli oldu: " Heç bir yeri məndən artıq deyil "

12 Dekabr 2016 20:30 (UTC+04:00)

Hamiləliyinin 6-cı ayını yaşayan müğənni Şəbnəm Əsədovun (Tovuzlu) övladının cinsi məlum olub.

Movqe.az  xəbər verir, sənətçi bu barədə "ATV maqazin onlarla" verilişində danışıb: 

"Hər bir evə sevinc gətirəcək bir hadisədir. Mart ayında oğlum olacaq. Əslində qız, oğlan fərqi yoxdur". 

Sənətçi son zamanlar türkiyəli sənətçi Sibel Cana bənzədilməsindən də söz açıb:

"Nə olar ki, Azərbaycanın Sibel Canı yox, Şəbnəm Əsədovası olum. Xanım olaraq, görünüş olaraq heç bir yeri məndən artıq deyil". /big.az/