Millət vəkilinin olduğu avtomobil qəza törətdi

23 Yanvar 2013 11:23 (UTC+04:00)

Millət vəkili Aydn Mirzəzadənin sürücüsü yol qəzası törədib. AzNews.az-a daxil olan məlumata görə, Bakı-Astara yolunun 72-ci km-də (Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində) yolu keçmək istəyən piyada qadını vurub. Bu zaman A.Mirzəzadənin yanında millət vəkili Elman Məmmədov da olub. Millət vəkili Elman Məmmədov Teleqraf.com-a açıqlamasında xəbəri təsdiqlədi. O bildirdi ki, qəzanı sürücü törədib: "Qəzanı biz yox, maşının sürcüsü törədib. Təəsüflər olsun ki, qəza nəticəsində bədbəxt hadisə baş verib, bir nəfər ölüb".