Korrupsiya ilə bağlı 32 rüşvətalma işi məhkəməyə göndərilib
23 Yanvar 2013 12:07 (UTC+04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161
nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil
olub. Həmin müraciətlərin 34-ü üzrə cinayət məcəlləsinin müxtəlif
maddələri ilə cinayaət işi başlayıb. Bunu Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi 2012-ci il ərzində görülmüş işlərə dair
hesabatında çıxış edən idarənin rəisi Kamran Əliyev bildirib. Onun
sözlərinə görə, ötən il Azərbaycanda korrupsiayaya qarşı bir çox
tədbirlər görülüb. Əsas tədbirlərdən biri ölkə başçısı İlham
Əliyevin 13 iyul 2012-ci tarixli fərmanı ilə ASAN xidmətinin
yaradılması olub.
17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün
məhkəmələrə göndərilib. Hesabat dövrü ərzində törədilmiş və
hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları
tərəfindən 369 müraciət araşdırılıb. Həyata keçirilən əməliyyat
tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində
29, o cümlədən korrupsiya ilə əlaqədar toplanmış materiallar üzrə 4
cinayət işi başlanıb. Qeyd onunan cinayət işlərindən 23-ü ibtidai
istintaq tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
K.Əliyevin sözlərinə görə, ötən il ərzində idarənin istintaq şöbəsi
tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı
tamamlanaraq məhkəmələrə göndərilib. 52 şəxs barəsində 32 iş
rüşvətalma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən
sui-istifadə etmək, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən
istifadə etməklə dələduzluq və digər faktlarl əlaqəli olub.
2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə
vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma
mərhələsində 25 milyon 972 manat manat və ya 49,82% ödənilib. Qalan
ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs
qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər
görülüb.