Azərbaycanda növbəti güclü zəlzələ - 4.5 bal

13 Dekabr 2016 10:27 (UTC+04:00)

Ismayıllı rayonunda bu gün növbəti zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, yerli vaxtla saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə 4.5 bal gücündə olan zəlzələ İsmayıllı rayonu ərazisində qeydə alınıb. Dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.