Bu gün Bakının bu qəsəbəsində qaz olmayacaq

13 Dekabr 2016 11:20 (UTC+04:00)

Bu gün saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Movqe.az-SOCAR-dan verilən məlumata görə, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.