Tarix Yaradan İnsan

13 Dekabr 2016 11:21 (UTC+04:00)

Heydər Əliyev yalnız öz dövrünün deyil, bəşəriyyətin dahi şəxsiyyətidir.  Hər bir dahi insanın özəl xüsusiyyətləri vardır. Heydər Əliyevin isə özəl xüsusiyyəti odur ki, o bir millətin, xalqının müstəqil dövlətini quraraq yaşatdı. Və bununlada salnamə, tarix yaratmağa qadir oldu. Heydər Əliyev fenomeni tarixi xidmətləri, xilaskarlıq və quruculuq, eyni zamandagüclü, iradəli şəxsiyyət və qətiyyətli rəhbər kimi ürəklərin tacıdır. Dahi Heydər Əliyevin insani keyfiyyətlərində isə mərhəmət və qayğıkeşlik xüsusiyyətləri əhəmiyyətli yer tutub. O ömrünü Azərbaycanın inkişafına həsr edən görkəmli dövlət xadimidir. Heydər Əliyevin xalqımıza əvəsiz xidmətlərini nə qədər saysaqda tükənməz.

            1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1965-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həminildədəAzərbaycan Ali Sovetinədeputatseçilmişdir. O, 1991-1993-cü illərdəNaxçıvanMuxtarRespublikası Ali Məclisininsədri, AzərbaycanRespublikası Ali Sovetisədrininmüaviniolmuşdur. HeydərƏliyev 1992-ci ildəYeniAzərbaycanPartiyasınınNaxçıvanşəhərindəkeçirilmiştəsisqurultayındapartiyanınsədriseçilmişdir. HeydərƏliyev 1993-cü iliyunun 15-də Azərbaycan Ali Sovetininsədriseçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü iloktyabrın 3-də ümumxalq səs verməsi nəticəsində HeydərƏliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan tarixinin taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
12 dekabr tariximizdə yenilməz sərkərdəmiz, liderimiz,tariximizi yaradan dahi insanın anım  günüdür.  Heydər  Əliyev  ölməz şəxsiyyətdir.  Heydər  Əliyev Azərbaycanın   döyünən  ürəyidir.  Və o ürək elə bir döyüntü ilə döyünür  ki, heç bir güc bu döyüntünü susdura bilməz!  Heydər  Əliyev demişdir: "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır." Dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev Azərbaycana belə bağlı idi.  Bu gün bütün Azərbaycan Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünü böyük ehtiramla yad edir, fəxri xiyabana gedərək, məzarı önünə əklil və gül dəstələri qoyurlar. Hər bir Azərbaycan vətəndaşı məzar önündən keçərkən sevgi və hörmətlə baş əyir. 
Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, həm Azərbaycan xalq hərəkatının, həm də Azərbaycan milli azadlıq hərəkatının həqiqi lideridir. Bu siyasətin layiqli siyasi varisi isə cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Həmin siyasətin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir. Biz bu günümüzlə fəxr  edirik! 
             Qəlbimizdə hər zaman yaşayacaqsan, ümummilli  liderimiz! 

Aygül Ağayeva