Məşhur futbolçu evini kirayə verir

23 Yanvar 2013 12:12 (UTC+04:00)
Futbol ulduzu Balotellinin Mançester şəhərindəki dəbdəbəli evi kirayə verilir. Futbolçu isə öz evini kirayə verməyə hazırlaşır. O, hər ay 13 min 495 funt-sterlinq almaq niyyətindədir.

Qeyd edək ki, son vaxtlar kütləvi informasiya vasitələri bir-birinin ardınca İtaliya yığmasının və "Mançester Siti"nin hücumçusu Mario Balotellinin "Milan" klubuna keçməsi barədə xəbərlər yayılib. Futbolçunun agenti bildirib ki, "Mançester siti" Balotelli üçün danışıqlar aparmır və oyunçunu əlindən buraxmaq niyyətində deyil.