Qapını sındırıb evə girən şəxslər qadını hədələdi - AZƏRBAYCANDA

13 Dekabr 2016 12:47 (UTC+04:00)

Şəmkirdə quldurluq hadisəsi baş verib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 12-də Şəmkir rayonunun Qaracəmirli kəndində yaşayan Günel Yusifovanın evinə qapının qıfılını sındırmaq yolu ilə girmiş 2 naməlum şəxs onu bıçaqla hədələyərək pul və qızıl  əşyalar verməsini tələb etmiş, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Xəyal Həsənov və Rəşad Quliyev tutulublar.