İzzət Bağırzadə: "Dost və ətrafım mənim cibimdir"

13 Dekabr 2016 13:29 (UTC+04:00)

“İstəyirlər incisinlər, dost və ətrafımda olan insanlar mənim cibimdir”.  Movqe.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırzadə “Ondan sonra” verilişində deyib. O, dostlarından danışarkən bu sözləri dilə gətirib: “İndiki dövrdə insanın dostu elə puludur. Əgər pulun varsa, dostun da olacaq. Ətrafımda çox tanışlarım var. Amma əsl dostum 2 nəfərdir. Yəni pulum varsa, şəraitim gözəldirsə, hamı mənim yanımda olacaq və başıma and içəcəklər. Pulum yoxdursa, məni pis qarşılayacaqlar. İndi çox şey pula bağlıdır”.