Prezident İlham Əliyevin İsrailin Baş naziri ilə təkbətək görüşü olub

13 Dekabr 2016 14:09 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə bu gün təkbətək görüşü olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər. Görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.