Tramp yeni dövlət katibinin adını açıqladı

13 Dekabr 2016 16:22 (UTC+04:00)

ABŞ-ın yeni prezidenti Donald Tramp ölkənin dövlət katibi vəzifəsinə namizəd kimi "ExxonMobil" neft şirkətinin rəhbəri Reks Tillersonu göstərib. Bu barədə Movqe.az xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Tillerson ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb.

Daha əvvəl Tillerson Dövlət Departmanetinə rəhbərlik etməyin onun üçün böyük şərəf olacağını bəyan edib.