Tanınmış hakim Ənvər Seyidov reanimasiyaya düşüb

13 Dekabr 2016 17:58 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı barədə məlumat yayılıb. Lent.az-ın məhkəmədən əldə etdiyi məlumata görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Mərkəzi Neftçilər Xəstəxanasından  faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır.