Merkel və Olland Rusiyaya qarşı sanksiyaların müddətini uzadırlar

13 Dekabr 2016 20:30 (UTC+04:00)

Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadılacaq.

“RİA Novosti” xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində jurnalistlərə açıqlamasında bildirib.

"Minsk prosesi çətin gedir, ona görə də Rusiyaya qarşı daha bir dəfə sanksiyaların müddətini uzatmaq lazımdır", - A.Merkel vurğulayıb.

Eyni zamanda, Fransa Prezidenti Fransua Olland da Rusiyaya qarşı sanksiyaların uzadılmasının tərəfdarı olduğunu söyləyib.