Savçenko Timoşenkonun partiyasından ayrıldı

13 Dekabr 2016 23:00 (UTC+04:00)

Ukrayna Radasının deputatı olan Nadejda Savçenko Yuliya Timoşenkonun Batkivşina Partiyasından çıxıb.Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında partiyanın rəsmi nümayəndəsi İvan Krulko söyləyib. Savçenkonun şəxsi siyasi karyeraya başladığını bildirən partiya nümayəndəsi deputatın bu qərarı 2-3 həftə öncə verdiyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə Savçenko Minskdə qondarma Donbas və Luqansk Xalq Respublikalarının liderləri ilə görüşüb. Görüşün təşkilatçı Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiyanın Belarusdakı Səfirliyi olub. Savçenkonun bu addımı Ukraynada kəskin etiraza səbəb olub.