Azərbaycan İsrail-Fələstin münaqişəsinin çözümündə əsas vasitəçi rolunda

14 Dekabr 2016 09:00 (UTC+04:00)

Bu gün müasir Azərbaycan İsraillə müsəlman aləmi arasında münasibətlərin yüksəlməsində bir körpü rolunu da oynayır və bu tamamilə təbii xarakter daşıyır. Məlumdur ki, İsrail ilə Azərbaycan arasında münasibətlər təkcə energetika və müdafiə sahəsində əməkdaşlıqla məhdudlaşmır. İki ölkə arasında müasir əlaqələr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıdığı vaxtdan başlanıb. Ötən 25 il ərzində iki xalq arasında dostluq, təhsil və mədəniyyət sahəsində substantiv mübadilə davam edir. Geniş işgüzar əlaqələr əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan dövləti ilə İsrail arasında münasibətlərin əsasıdır. Eləcə də  Quba rayonundakı dağ yəhudiləri icması, Bakı yəhudiləri icması, habelə İsraildə yaşayan Azərbaycan yəhudiləri iki dövlət arasında vacib və möhkəm əlaqə yaradırlar. Ümumiyyətlə, Azərbaycanla İsrailin əlaqələri qarşılıqlı maraqlara söykənir və bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Bu gün İsrail Azərbaycanın simasında islam dünyasının mayakı olan ölkəni, Cənubi Qafqaz regionunda Avropa dəyərlərinə malik mühüm geosiyasi amili görür. Azərbaycan İsrailin mühüm strateji enerji resursları təchizatçısıdır. Bu ölkə bizi başqa ölkələrin enerji asılılığından azad edib. Hazırda İsrailin neft istehlakının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur və həmçinin Azərbaycan  İsrailin sənaye məhsullarının alıcısıdır.  Azərbaycanın silah sənayesinin formalaşmasında  və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Qeyd edək ki, İsrail silah istehsalına görə dünyada 4-cü, pilotsuz təyyarələrin buraxılışı üzrə isə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutur.hətta bu il Ermənistanın İsrail və Misirdəki səfiri Armen Melkonyan İsrailin Azərbaycana silah satışını dayandırması üçün etiraz notası ilə Qüdsə gedib. Amma ona rədd cavabı verilib. Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından b uilin aprelində istifadə etməsi Ermənistanı xeyli qorxudub v əhərbi sahədə İsrail-Azərbaycan münasibətləri dinamik inkiaşf edir. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb. 
Uğurlu inkişaf yolu keçən Azərbaycan diasporu hazırda dünyada öz gücü və insani potensialına görə öndə olan digər ölkələrin diaspor təşkilatları ilə də qarşılıqlı əməkdaşlıq mühiti yaradıb. Bu gün Azərbaycan diasporunun ən yaxın əməkdaşlıq etdiyi diaspor təşkilatlarından biri yəhudi lobbisidir. Azərbaycanın diaspor sahəsinə məsul şəxslərinin müntəzəm olaraq xarici ölkələrə səfərlər etməsi və həmin ölkələrdəki yəhudi lobbisi ilə görüşlər keçirməsi, eləcə də yəhudi lobbisinin nümayəndələrinin Azərbaycana səfərləri bu əlaqələrin daha da genişlənməsinə gətirib çıxarır. İndinin özündə də İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Yəhudi lobbi təşkilatları  qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər. Bütün bunlar fonunda Azərbaycanın Israillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də  model ola bilər. 
Digər tərəfdən faktdır ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.  
 Digər tərəfdən İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri fonunda  əvvəldən bəlli idi ki, Netanyahunun Azərbaycana səfəri zamanı müzakirə mövzusu olan  əsas məsələlərdən biri də İsrail-Fələstin münaqişəsi ilə bağlıdır. Azərbaycanın hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif etmsəi də münaqişə tərəflərinin maraq dairəsindədir. Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu də bunu vajib sayır. O, “publika“ portalına açıqlamasında deyib ki, müsəlman ölkələri arasında Azərbaycan İsraillə ən yaxın əməkdaşlıq edən ölkələrdən biridir: “Azərbaycan zaman-zaman İsrail və Fələstin arasında mövcud olan problemin həllində vasitəçi olmaq istəyini dilə gətirib. Düşünürəm ki, bu çox əhəmiyyətli addımdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan müsəlman ölkəsi kimi Fələstin məsələsinin həllinə səy göstərir. Türkiyə olaraq biz də qardaş Azərbaycanın Fələstin məsələsinin həlli ilə bağlı bu səylərini alqışlayırıq. Azərbaycanın atdığı bu cür addımlara dəstək veririk. Eyni zamanda arzu edirik ki, Türkiyə və Azərbaycan kimi, digər İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr də Fələstin probleminin həllinə öz töhfələrini versinlər. Çünki Fələstin məsələsi Yaxın Şərqdə mövcud olan İsrail-ərəb problemlərinin başında dayanır”.
H.Müftüoğlu qeyd edib ki, Qəzzada baş verən hadisələr Türkiyəni narahat etməyə bilməz: “Ona görə də biz çox istərdik ki, İsrail və Fələstin arasında əbədi sülh münasibətləri yaransın. Bu sülhün əldə olunması üçün İsrailin özünə dost bildiyi müsəlman ölkələrinin də ciddi rolu ola bilər. Bu ölkələrdən biri də Azərbaycan hesab olunur. Bu baxımdan da qardaş Azərbaycan Fələstin probleminin həllinə müsbət töhfələr verə bilər. Biz Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı bu məsələnin müzakirə olunmasını da fürsət kimi görürük”.
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə də  bunu mümkün sayır: “Əslində, bu mümkün olan məsələdir. Nəzərə alsaq ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, Fələstinlə sıx əməkdaşlıq əlaqələri quran ölkələrdən biridir. Bu gün dünyada Fələstinin çox az ölkələrdə səfirliyi fəaliyyət göstərir ki, bunlardan biri də Azərbaycandır”.
YAP rəsmisi qeyd edib ki, Azərbaycan çox ağrılı və bir əsrə qədərdir davam edən Fələstin probleminin həllinə kifayət qədər böyük maraq göstərir: “Azərbaycanın özünün də üzləşdiyi Dağlıq Qarabağ problemi mövcuddur. Ona görə də Azərbaycan bu kimi məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Bu baxımdan da Azərbaycan İsrail-Fələstin probleminin həllində vasitəçi ola bilər. Azərbaycan özünün siyasi nüfuzu, ərəb dünyası ilə yaratdığı isti və qardaşlıq münasibətlərinə görə İsrail-Fələstin probleminin həllində də ədalətli vasitəçi olması mümkündür. Ancaq bu məsələnin müzakirə edilməsi və Azərbaycanın bu təşəbbüsünün qəbul edilməsi aparılan danışıqlardan asılıdır”. Deputat vurğulayıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi məsələnin tezliklə həll olunmasına öz töhfəsini verə bilər: “Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətləri təkcə iki ölkə arasında deyil, İsrail-ərəb və müsəlman ölkələrinin münasibətlərinin normallaşmasında da ciddi rol oynaya bilər”. A.Mirzəzadə müstəqillik qazandıqdan sonra Azərbaycan və İsrail arasında çox sıx və mehriban münasibətlərin yarandığını söyləyib: “Bu münasibətlər də hər iki tərəf bir-birinin milli maraqlarına hörmətlə yanaşır. Azərbaycan və İsrail tərəfləri bir-biri ilə mümkün qədər daha geniş qarşılıqlı əməkdaşlıq əlaqələri qurmağa çalışır. Bu gün baxanda görürük ki, bu təcrübə çox uğurlu alınıb”.
Azərbaycan-İsrail münasibətlərinə müsəlman həmrəyliyi kontekstində əd baxmaq lazımdır. Azərbaycan   İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil.  İordaniya , Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlər  uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər sıxdır. Bu fonda Azərbaycan müəslman dünyası iəl İsrail arasında münasibətlərin yüksəlməsinə yeni töhfələr verir. Benyamin Netanyahu isə bildirir ki, Azərbaycan müsəlman dünyasının vacib və böyük ölkəsidir: “Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”.
B.Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.
«Mövqe»