Totti müqaviləsini artırmağa hazırlaşır

23 Yanvar 2013 15:05 (UTC+04:00)
İtaliya milli komandası ilə dünya çempionluğunu bayram etmiş Romanın əfsanəvi futbolçusu Fransçeko Totti komandası ilə müqaviləsini artırmağa hazırlaşır. Belə ki, Totti-nin hazırkı müqaviləsi 2014-cü ildə bitəcək. Bu haqda "Roma" klubun baş meneceri Franko Baldini ictimaiyyətə açıqlama verib: "Totti ilə müqaviləni yeniləməyə təlsəmirik. Çünki onunla bu haqda müzakirə aparmağa hələ çox vaxtımız olacaq. "Hazırda onun nümaiş etdirdiyi futbol, yeni müqaviləyə laiq olduğunu deyir. Totti Romanın simvoldur. Onu komandamızda görmək bizim üçün şərəfdir.