Geyindiyi paltar ilə hamını heyran qoydu

23 Yanvar 2013 16:43 (UTC+04:00)

Movqe.Az bildirir ki, Yeni albomunun təqdimatı üçün kamera qarşısına keçən "Pussycat Dolls" qrupunun solisti Nikol Şerzinger, seçdiyi paltar ilə gözləri qamaşdırıb. ABŞ-ın sevilən qrupu "Pussycat Dolls" qrupunun baş vokalisti Nikol Şerzinger yeni mahnısının təqdimatı üçün kamera qarşısında idi. Fotoşəkil çəkilişləri üçün məşhur müğənninin seçdiyi paltarı getinmək isə olduqca cəsarət tələb edirdi.  İngilis qəzetlərindən "The Daily Mail" saytında yer alan xəbərə görə, müğənni yarı transparan paltarı ilə pərəstişkarlarını heyran qoyub. Amerikada yayımlanan "The X Factor" adlı səs yarışmasında münsif heyəti olan müğənni, proqram ərzində daha bağlı paltarlar seçim edirdi. Bədəninin bəzi yerlərindən başqa hər yeri şəffaf parçadan olan paltar seçimi ilə Şerzinger, yeni mahnısı üçün bütün diqqətləri üzərinə çəkməkdə qərarlıdır. İngiltərənin paytaxtı Londondakı bir anbarda dekabr ayında çəkilən klip zamanı Şerzingerin çox üşüdüyü, ancaq işini ləngitmədən çəkilişləri tamamladığı bildirilib. Xatırladaq ki, klip bu həftə içində yayımlanacaq.