"İstəyirəm mənə "Qəhrəman ana" adı verilsin, üstündə bir ev, bir də medal..."

14 Dekabr 2016 17:32 (UTC+04:00)

"istəyirəm ki, mənə ad, ev, medal versinlər"
Movqe.az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı müğənni Elnarə Xəlilova olub.

"W-trio"dan danışan ifaçı, o zamanlar bir-birlərinə qarşı münasibətlərinin daha yaxşı olduğunu bildirib:

"Bizim laçın vaxtlarımız idi. Bir-birimizi yaxşı tanıyırdıq, sevirdik, dəyər verirdik. Qızlara bir ara dedim ki, gəlin bir-birimizə xanım deyə müraciət edək. 2 gün bunu davam etdirdik. Elnarə xanım, Röya xanım, Natavan xanım deyə bir-birimizə müraciət edirdik. Sonra gördüm, qızlar deyirlər ki, bəsdir də xanım dediyimiz, qoymadılar. "W-trio"da mənim 20 yaşım, Natavanın 19 yaşı, Röyanın 18 yaşı var idi. Ancaq hamımızdan böyük Röya görünürdü. O vaxtlar bir-birimizə qarşı hörmət var idi, böyüyün sözünü eşidirdik. Sonra bir-birimizdən qopduq".

Müğənni, Röya və Natavanla əlaqələrinin zəif olduğunu bildirsə də, onlara qarşı münasibətinin dəyişmədiyini açıqlayıb:
"Açığı, mənim münasibətim heç dəyişməyib. Məndən heç kimə ziyan gəlməyib. Bir adam deyə bilməz ki, Elnarə mənə bu pisliyi edib. Amma yaxşılığı çox saya bilərlər. Həyat bir bumeranqdır. Pislik edirsən, pislik çıxır qarşına, yaxşılıq edirsən - yaxşılıq. Mənim gözümdə yenə onlar elədirlər. Qrup elə orada qaldığına görə bu görüntülərə baxanda yenə o günlərə qayıdıram. Son 6-7 ildə biz bir o qədər də ünsiyyətdə olmadığımız üçün artıq mən pisləri xatırlamıram, fikrim yaxşıda qalıb. Bugünkü günə nəzər salsaq, hər birimizin gördüyü iş kifayət qədər uğurludur. Kifayət qədər dinləyicimiz var".

Sevilən ifaçı Röya ilə bağlı fikirlərini bölüşüb: