Ağdam rayonuna güclü qar yağıb

15 Dekabr 2016 10:20 (UTC+04:00)

Ağdam rayonuna güclü qar yağıb. Qarın yağması cəbhə kəndlərinə gedən avtomobil yollarında problem yaratmayıb. Hazırda qarın yağması davam edir. Qeyd edək ki, dekabrın 15-də Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. (APA)