Belə yanğın heç yerdə görülməyib

23 Yanvar 2013 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, BBC-yə istinadən bildirir ki, Norveçin şimalındakı "Tysfjord" bölgəsində yerləşən Brattli tunelindən keçən 27 ton norveç keçi pendiri yüklü yük maşınında bir anda yanğın çıxıb. Yük maşınının tunelin ortalarında alovlanması və ortaya çıxan zəhərli qazlar səbəbiylə müdaxilə edilə bilməyən yanğın ancaq beş gün sonra pendirin tamamilə yanmasıyla sönüb. Ancaq yanğın söndüyü zaman tunelin bir hissəsinin də çökərək istifadə edilməz hala gəldiyi məlum olub. Rəsmilər, yanğına səbəb yük maşınının içindəki 27 tonluq norveç keçi pendirinin həddindən artıq istidə qalması nəticəsində özbaşına alovlanmasını göstərib. Regionun polis məmuru Viqqo Berq, Norveçdə "Brunost" adlandırılan və ləzzəti olduğuna görə olduqca çox alınan keçi pendirinin həddindən artıq yağlı və şəkərli olması səbəbi ilə yüksək istilikdə özbaşına alovlanma xüsusiyyətinin olduğunu bildirərək, "həddindən artıq istilərdə pendir eynilə neft kimi alovlana bilir" deyib.