Aygün Kazımova Eltondan danışdı: "Şeytana lənət olsun"

15 Dekabr 2016 12:57 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova yenicə barışdığı müğənni Elton Hüseynəliyevlə bir araya gələcək. Movqe.az-ın məlumatına görə, bu barədə xalq artisti xəbər verib. O bildirib ki, E.Hüseynəliyevlə yenidən duet oxuyacaq: “Dost yolunda boran olar, qar olar. Şeytana lənət olsun. Olanlar oldu, keçdi və unuduldu. Elton Hüseynəliyevlə yenidən işbirliyinə başladıq. Yeni duet sizi gözləyir. Bizə uğurlar”.