İtkin düşənlərin axtarışlarına başlanıb - FHN

15 Dekabr 2016 12:08 (UTC+04:00)

Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb. Movqe.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır. Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.