Qarlı, şaxtalı hava nə vaxtadək davam edəcək?-AÇIQLAMA

15 Dekabr 2016 14:24 (UTC+04:00)

Dekabrın 16-dan ölkə üzrə qarlı-şaxtalı hava şəraiti mülayimləşəcək. Bunu Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova söyləyib. G. Məmmədova deyib ki, sabah gecə saatlarına şaxtalı hava şəraiti olsa da, hava dekabrın 16-dan mülayimləşəcək: "Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Yağıntı kəsəcək, hava mülayimləşəcək. 17-dən etibarən, ölkədə sakit, yağıntısız hava şəraiti hökm sürəcək". 

Zülfiyyə QULUYEVA