"Galaxy S4" belə olacaq!

23 Yanvar 2013 16:13 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Samsung"un maraqla gözlənilən telefonu "Galaxy S4"ün xüsusiyyətləri müəyyən olunub.
"Samsung"a yaxın bir qaynaq olan "Sammobile", "Galaxy S4"ün xüsusiyyətlərini yazıb. Samsung Altius kod adını daşıyan GT-I9500 nömrəli Galaxy S4 telefonu 4.99 düymlük Full HD Super AMOLED ekrana malikdir. 1920x1080 piksel ekran dəqiqliyində çatan cihaz eyni zamanda 8 nüvəli Exynos 5 Octa prosessorundan güc alır. Bu prosessorun ARM Cortex A15 əsaslı hissəsi 1.8 GHz sürətində , ARM Cortex A9 əsaslı hissəsi isə 1.2 GHz sürətində çalışacaq. Android 4.2.1 Jelly Bean əməliyyat sistemi adı altında işləyən cihaz "TouchWiz Natura" interfeysini istifadə edir. 13 meqapiksel arxa, 2 megapiksel ön daxili kameraya sahib olan cihazın bu ilin ortalarında satışa təqdim edilməsi gözlənilir.