"Ölü dil" yenidən canlandırılıb
23 Yanvar 2013 16:27 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Avstraliyanın
müstəmləkəçiliyi dövründə
mədəni təzyiq altında
yox olan Aborijinlərə
aid bir azlığın
dili yenidən canlandırılıb.
Dilin canlandırılması,
tədqiqatçıların və 19-cu
əsr Alman Misyonerlerinin
qeydləri sayəsində
reallaşıb. Bir zamanlar
Adelaide şəhərində
Aborijinlər tərəfindən
danışılan Kaurna dili,
Cənubi Avstraliyada
1860-cı illərdən
etibarən itməyə başlayıb.
Kaurna dilini danışan
son şəxs olaraq
görülən, Ivaritji də
1920-ci illərin sonlarında
ölmüşdü. Dili danışan
son insanın ölümündən
80 ildən çox bir
müddət sonra, Kaurna
dilinin xüsusi səsləri
yenidən eşidilməyə başlayıb.
Kaurna dilində "Salam" demək üçün
"Niimarni" sözü istifadə
edilir. Lakin bu söz,
"Sən necəsən?" mənasına da
gəlir.