Öldürülməzdən qısa müddət əvvəl bu sözləri yazmışdı - VİDEO

16 Dekabr 2016 19:30 (UTC+04:00)

"Mələklərlə yaşamaq" adlı kitabı ilə məşhurlaşan yazıçı Beki İkala Erikli dünən Türkiyə vaxtı ilə saat 18 radələrində Beyoğluda işlədiyi ofisin qarşısında güllələnib.

Hadisə şahidlərinin bildirdiyinə görə, yazıçı kimliyi məlum olmayan qadın tərəfindən öldürülüb. Cinayətkar hadisə yerindən qaçmağı bacarıb.
 
Faktla bağlı araşdırma aparılır.

Movqe.az milli.az-a istinadla bildirir ki, yazar öldürülməzdən əvvəl sosial şəbəkədə aşağıdakı sözləri yazıb:

"Zaman ən dəyərli xəzinədir. Zamanı pulla almaq mümkün deyil. Vaxtınız tamam olanda milyonlar da xərcləsəniz, bir dəqiqə belə ala bilməzsiniz. Zamanınızı şüurlu, hər saniyəsini maraqlı, fərqli keçirin. Sevdiklərinizin yanındaykən onlarla birlikdə olmağın xoşbəxtliyini yaşayın..."