"Yaponiyaya gəzməyə gəlməmişik"

16 Dekabr 2016 13:55 (UTC+04:00)

"Yaponiyaya gəzməyə gəlməmişik. Çempion olub bunun sevincini azarkeşlərlə bölüşmək istəyirik". Bu sözləri "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo deyib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Klublarası dünya çempionatının yarımfinalında "America" ilə qarşılaşmadan öncə açıqlamasında Ronaldo ili titulla başa vurmaq istədiklərini bildirib. Qeyd edək ki, turnirin digər yarımfinal qarşılaşması "Atletico Nacional" və "Kasima Antlers" arasında keçiriləcək.