Pişik cırmaqlamasına fikir verin
23 Yanvar 2013 17:46 (UTC+04:00)
Movqe.Az bildirir ki, Evcil pişiklərlə
oynamağı sevənlərə ABŞ-dan xəbərdarlıq gəlib. Corctaun
Ünivesitetinin Tibb fakültəsinin mütəxəssisləri, zərərsiz kimi
görünən dırnaq və dişlər yolu ilə pişikdən insana virus keçə
biləcəyini və bunlardan bəzilərinin ölümə yol aça biləcəyi
xəbərdarlığını ediblər. Pişik cırmaqladığı və dişlədiyi zaman
"pasteurella multocida" adında bakteriyanın gətirib çıxardığı
infeksiyaya qapma ehtimalının 50 faiz olduğunu ifadə edən Dr.Prinsi
N.Kumar, infeksiyaların müalicəsi üçün riskli əməliyyatlar lazım
olduğunu vurğulayıb və "təhlükəni ciddi qəbul edin" deyib.