İngiltərə Avropa Birliyindən çıxır?

23 Yanvar 2013 16:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərə Baş naziri Deyvid Kameron ölkəsinin Avropa İttifaqının gələcəyini 2015-ci ildə referenduma təqdim edəcək. Britaniyanın gələcəyini riskə atmaq istəmədiyini ifadə edən Kameron ölkəsinin Avropa Birliyində qalıb-qalmayacağını referendum ilə qərar verəcəyini bildirib. Avropa Birliyinin gələcəkdə müvəffəqiyyətsiz olacağını söyləyən Kameron, ölkəsinin bu vəziyyətdən ötəri birlikdən çıxmağa doğru irəlilədiyini bildirib.