Bakıda 6 otaqlı evdə yanğın olub

17 Dekabr 2016 14:00 (UTC+04:00)

Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 94 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 82 m2 sahədə yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.