Ölkədə qar topu oynamaq qadağan edildi
23 Yanvar 2013 18:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Belçikanın Flaman,
Flanders bölgəsində olan bələdiyyələr qartopu oynamağı qadağan
edib. "De Standaard" qəzetinin xəbərinə görə, bu il həddindən artıq
soyuq və qarla örtülən Belçikanın Flanders bölgəsində olan
bələdiyyələr, qartopu oyununun həm kiçiklər, həm də böyüklər üçün
sağlamlığa zərərli olduğuna qərar verib. Bələdiyyələr insanların
bir-birinə qartopu atması ilə bir-birinə daş atmağın eyni olduğunu
bildirərək, qartopu oynayanlara 100 avro pul cəzası veriləcəyini
vurğulayıb. Qadağa şəxsən polis tərəfindən təsdiq ediləcək. Belçika
mətbuatı isə qərarla bağlı zarafat edərək, Flandersli bələdiyyələr
büdcələrindəki azalmaları aradan qaldırmaq üçün yeni bir yol
tapdığını yazıb.