Şəmkirdə ağır qəza: mikroavtobus “07” ilə toqquşdu

17 Dekabr 2016 20:37 (UTC+04:00)

Şəmkirdə yol qəzası baş verib 2 nəfər xəsarət alıb.

Movqe.az trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən hissəsində baş verib. Mercedes-Sprinter markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Nəticədə 2 nəfər Şəmkir rayon Kür qəsəbə sakini 31 yaşlı Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 36yaşlı Bayram Əlibabayev xəsarət alıb. Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti ağır olduğundan Gəncə şəhərinə göndəriliblər.