Türkiyədə teraktda ölən və yaralanların sayı artıb

17 Dekabr 2016 21:35 (UTC+04:00)

Kayseridə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 14 olub.

Movqe.az  Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, yaralananların sayı isə 56 nəfərə çatıb.

X X X

Kayseridə baş vermiş terror aktı nəticəsində 55 nəfər yaralanıb.

Movqe.az  TRT Haber telekanalına istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

X X X

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 13 nəfər ölüb.

Trend "Habertürk" qəzetinə istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 48 nəfərə çatıb.