Qadınlar nə zaman yaşlı görünür?

23 Yanvar 2013 18:43 (UTC+04:00)
Movqe.Az bildirir ki, Elm adamları, qadınların hər çərşənbə günortadan sonra saat 15.30-da ən yaşlı və ən yorğun hallarında olduqlarını təyin ediblər. Bir kosmetika firması tərəfindən İngiltərədə və ABŞ-da yüzlərlə qadının iştirakıyla aparılan araşdırma, hər 10 qadından birinin çərşənbə gününün həftənin ən stresli günü olaraq gördüyünü məlum edib. Araşdırmaya görə, çərşənbə günortadan sonra enerji səviyyələrinin son həddə çatması, iş stressinin çoxalması və həftə sonunda qalan yorğunluğun bütün təsirini göstərməsi nəticəsində qadınlar yaşlı görünür və özlərini yaşlı hiss edirlər. Qadınların özlərini ən xoşbəxt hiss etdikləri gün isə cümə günüdür. Araşdırmaya qatılan qadınların 60 faizi, cümə günü özlərini son dərəcə xoşbəxt və şən hiss etdiklərini bildiriblər. Bazar ertəsi gecəsi, qadınların yuxusuzluqdan ən çox şikayət etdikləri gecə olaraq təyin olunub. Yuxusuzluğun təsirləri üz və boyun bölgəsində 48 saat sonra təsirini göstərdiyi üçün qadınlar, çərşənbə günü daha yaşlı görünür. Çərşənbə günü, qadınların ümumiyyətlə bazar ertəsi başladıqları rejimlərini və dəri baxımlarını da ən çox tərk etdikləri gün olaraq təyin olunub.