Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

19 Dekabr 2016 10:18 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 19 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, dekabrın 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7525 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8335 manat təşkil edir.

1 türk lirəsi 0,4997 manat, 1 rus rublu 0,0282 manatdır.