Müğənnilərdən "Bu Şəhərdə"yə sərt etiraz: "Deməli biz olmasaq..."

19 Dekabr 2016 10:28 (UTC+04:00)

"Bu şəhərdə" komandasının "İndi müğənnilərin hamısı yatır. Heç kim maraqlı nəsə etmir. Başları toya qarışıb" kəlməsi şou biznes aləmində səs-küy yaradıb. 

Movqe.az  xəbər verir ki, bu barədə tanınmışlar "Xəzər maqazin"ə açıqlama veriblər. Şou boznesin tanınmış simaları Coşqun Rəhimov və Rafael İsgəndərova sərt cavab veriblər:

Tarix Əliyev(Tolik):

Əgər Müşfiq bunu deyibsə, deməli müğənlilər nəsə eləməlidir ki onlar öz fəaliyyətlərini dəvam etdirsinlər? Sabah şou biznes heçnə eləməsə, deməli Müşviq gil konsert verməyəcək? Bu dügün deyil..."

Xatirə İslam:

"Elə sizin işiniz şou biznesdən ibarətdir qardaşlar? Demək istəyirlər ki, şou-biznes olmasa, biz də olmarıq?". 

Ayaz Qasımov:

"Maraqlı nəyə deyirsiniz, bilmirəm. Adı pozitivlik olan şit hərəkətlərə maraqlı deyirlər. İndi şitliyin adı pozitivlik olub".

Azad Şabanov:

"Obraz da var, hadisə də". 

Sevda Yahyayeva:

"Şou-biznes çox maraqsızdır. Bir müğənni olaraq heç mənə maraqlı deyil". 

Cin:

"Şou-biznesdə az tip var. Ona görə də onlar parodiya etmirlər". 

Günay İbrahimli:

"Məni necə parodiya etsinlər? Dəli-dəli hərəkətlərim yoxdur. Mən buyam. Elza Seyidcahan maraqlıdır, onu da parodiya ediblər. 

Zamiq Hüseynov:

"Heç vaxt kiminsə parodiyasına düşmək istəməzdim".

Elçin Cəfərov:

"Məni parodiya etmək çətin olar. Başqa tərəfdən maraqlı olmağa çalışmamışam".

Elton Hüseynəliyev:

"Mən maraqlı nə edə bilərəm? Ancaq oxuya bilərəm. Başqa bir şey göstərə bilmərəm"./big.az/