Bakıda 16 yaşlı oğlan anasını başından güllələdi

19 Dekabr 2016 10:56 (UTC+04:00)

Bakıda oğul anasını başından güllələyib.

Movqe.az-ın report-a istinadən  xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 yaşlı Əliyev Maarif Eldar oğlu birlikdə yaşadığı anası 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızına ov tüfəngi ilə başından atəş açaraq onu qətlə yetirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən yeniyetmə polisə təslim olub.