Novruz Məmmədov: Səfirə sui-qəsd terrorun ən vəhşi formalarından biridir

20 Dekabr 2016 11:48 (UTC+04:00)

"Rusiya səfirinin qətlə yetirilməsi lənətə layiqdir! Bu qanlı terror aktına heç bir bəraət ola bilməz!"

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

N.Məmməddov qeyd edib: "Səfirə sui-qəsd terrorun ən vəhşi formalarından biridir".