Dərman idxalı ilə bağlı yeni-Qayda

20 Dekabr 2016 12:48 (UTC+04:00)

"Gələn ilin yanvar ayının birindən dərman vasitəsinin içliyi ana dilində olmasa həmin dərmanların ölkəyə idxalına icazə verilməyəcək". Movqe.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qeydiyyat ekspertiza şöbəsinin mütəxəssisi Ulduz Eyvazova  məlumat verib: "Dərman vasitələrinin içlik vərəqəqinin ana dilimizdə olmaması ilə əlaqədar bizim qurum tərəfindən belə bir qərar verilib ki, yanvar ayının birindən dərman vasitəsinin içliyi ana dilində olmasa həmin dərmanların ölkəyə idxalına icazə verilməsin. "Qaynar xətt"ə də dərman preparatlarının içlik vərəqəqinin olmaması, yaxud da ana dilində olmaması ilə bağlı müraciətlər daxil olur. Biz öz bazamızda araşdırma aparırıq. Əgər həqiqətən də həmin dərman vasitəsi dövlət qeydiyyatından keçibdsə, onun içlik vərəqəsi mövcuddursa, biz, müraciət edən vətəndaşlara  təqdiq olunmuş içlik vərəqəsinitəqdim edirik. Hətta vətəndaşa dərman vasitəsinin içlik vərəqəsinin elektron formada çatdırılmasını da təmin edirik. Mərkəzdə bu problemini aradan qaldırmaq üçün tərcümə xidməti də yaradılıb. Dərman şirkətləri bizə müraciət edərək içlik vərəqələrinin ana dilimizdə tərcümə edilməsini təmin edə bilərlər. Bu problem tədricən aradan qalxır". 

Zülfiyyə QULUYEVA