Bakıda "Hyundai" yandı

21 Dekabr 2016 10:10 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.