2 tona yaxın kokain müsadirə edilib

21 Dekabr 2016 10:22 (UTC+04:00)

Meksikanın Oaxaka ştatı sahillərində Sakit okean sularında 2 tona yaxın kokain müsadirə edilib. Movqe.az bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Kokain yüklənmiş 2 gəmi saxlanılıb. Gəmilərdən birinin heyəti hadisə yerini tərk etməyə müvəffəq olub, digər gəmidə isə 5 nəfər həbs edilib.

Qeyd edək ki, Mərkəzi Amerika və Meksikanın ərazisində kokain yetişmir, bu ərazi isə meksikalı narkotacirlər tərəfindən kokain ötürülməsi üçün geniş istifadə olunur.